...

Gürcüstanın Poti Qara dəniz limanı neft məhsullarının yükboşaltma həcmini açıqlayıb

Energetika Materials 31 İyul 2009 20:41 (UTC +04:00)
Cari ilin birinci yarısında Gürcüstanın Poti beynəlxalq Qara dəniz ticarət limanı 400 min tona yaxın neftdaşıma yükləri yükboşaltmasını həyata keçirib.

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir E.İsmayılov /

Cari ilin birinci yarısında Gürcüstanın Poti beynəlxalq Qara dəniz ticarət limanı 400 min tona yaxın neftdaşıma yükləri yükboşaltmasını həyata keçirib. Bu barədə cümə günü limandakı işə yaxın mənbə deyib.

"Yanvar-iyun aylarında keçirilmiş neftdaşıma yüklərinin böyük hissəsi benzin, dizel yanacağı və aviasiya kerosinin payına düşür. Ümumiyyətlə, altı ay ərzində 400 min ton neft məhsulları keçirilib", - mənbə deyib.

"Yanvar-iyun aylarında limandan ümumilikdə 2,75 milyon müxtəlif yüklər keçirilib. Onlardan 2,35 milyon tonu quru yüklərin payına düşür", - mənbədən bildirilib.

"Dünya maliyyə böhranı ilə əlaqədar olaraq altı ayın yekununa görə, yükboşaltmanın nəticələri aşağı olub, lakin ümid edirik ki, ilin ikinci yarısında vəziyyət yaxşılaşacaq", - mənbə deyib.

Mənbədən bir müddət əvvəl bildirildiyi kimi, ilkin proqnozlara görə, bu il Poti limanından təxminən 1,5 milyon ton neftdaşıma yüklərinin keçirilməsi planlaşdırılıb. Lakin böhranla əlaqədar olaraq, limanın yükboşaltma həcminin 20-30 faiz az olacağı gözlənilir. Xüsusilə də neftdaşıma yüklərinin həcmində azalma gözlənilir.

Bu il Poti limanı ümumilikdə təxminən 8 milyon ton müxtəlif yüklər keçirməyi planlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti