...

ARDNŞ yeni ekoloji layihənin reallaşdırılmasına başlayıb

Energetika Materials 3 Avqust 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 аvqust / Trend /

ARDNŞ "Tağıyev adına" Neft-Qaz Hasilatı İdarəsinin istehsal sahəsinin 9,3 hektarında ekoloji parkın yaradılması üzrə işlərə başlayıb. Bu barədə ARDNŞ-in Ekologiya İdarəsinin məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, seçilmiş ərazinin hasara alınması prosesi tamamlanma mərhələsindədir. Artıq oktyabr-noyabr aylarında iki hektar sahədə  tinglərin becərilməsi üçün açıq sahənin təməli qoyulacaq. Park ərazisində xeyli sayda müxtəlif növ ağacların əkilməsi və tinglərin becərilməsi planlaşdırılır.

ARDNŞ-in ekologiya məsələləri üzrə vitse-prezidenti Xoşbəxt Babayevin əvvəlcədən bildirdiyi kimi, yeni şəhərcik əhalinin məskunlaşması üçün nəzərdə tutulmayıb. Şirkət burada ağaclar, kollar və müxtəlif növlü güllər əkməyi planlaşdırır. Bu şəhərciyin qaz, elektrik enerjisi və su ilə təchizatının alternativ mənbələr hesabına həyata keçirilməsi planlaşdırılır. Qaz təchizatı qismən yataqlardan havaya buraxılan səmt qazının hesabına həyata keçiriləcək. Şəhərciyin elektrik enerjisinə tələbatı qismən günəş enerjisindən istifadə edilməsi ilə təmin ediləcək. Suvarma üçün vacib olan su qrunt sularının təmizlənməsi və dəniz sularının şirinləşdirilməsi hesabına əldə ediləcək. Bu layihə çərçivəsində xarici ölkələrin və şirkətlərin təcrübəsindən istifadə olunacaq, deyə Babayev öncə bildirmişdi.

Xəbər lenti

Xəbər lenti