...

İranda neft sənayesi avadanlığının istehsalı üzrə beş müqavilə imzalanıb

Energetika Materials 12 Avqust 2009 17:21 (UTC +04:00)

İranda ölkənin Cənub Neft Yataqları Milli Şirkəti üçün neft sənayesi avadanlığının istehsalı üzrə yerli şirkətlərlə beş müqavilə imzalanıb.

"Bir neçə iranlı podratçı cənub yataqlarındakı işlər üçün neft sənayesi avadanlığının istehsalı üzrə beş böyük müqavilə imzalayıb", - şirkətin tədarük şöbəsinin baş meneceri Seyfulla Haciyan bildirib.

Bu layihələr üçün 849 milyard rial ayrılıb.

"Bu müqavilələrin imzalanması yerli istehsalçıların və onların potensialının dəstəklənməsinə yönəlib. Cənub yataqları ərazisində texnika və avadanlıqların yerləşdirilməsi işləri tam surətlə gedir", - Haciyan bildirib.

"Müqavilələrdən birinə əsasən altı düym diametrli tikişsiz borular istehsal edilməlidir. Bu boruların istehsalı üzrə müqavilə İranın "Steel Industrial Group" şirkəti ilə imzalanıb. Müqavilənin dəyəri 330 milyard rial, işlərin icra müddəti isə 36 aydır. Bu kimi layihələr üçün diametri altı düymdən 10 düymə kimi olan borular istehsal edilir", - Haciyan qeyd edib.

"Yüksək keyfiyyətli yerli avadanlıqların istehsalı üçün yerli istehsalçıların konsorsiumunun yaradılması haqqında da müqavilə imzalanıb. Bu layihənin dəyəri 41 milyard rial, icra müddəti isə 12 ay təşkil edir", o bildirib.

Xəbər lenti

Xəbər lenti