Azərbaycan, Bakı, 17 avqust / Trend /
Yanvar-iyul aylarında Azərbaycanda 29,2 milyon ton neft və kondensat hasil olunub ki, bu da 2008-ci ilin yanvar-iyul aylarındakı göstəricidən 1,6 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məkumat verib.
Yanvar-iyulda neft hasilatının əsas həcmi Azərbaycan Beynəlxalq əməliyyat şirkətinin payına düşüb. Şirkət "Azəri-Çıraq-Günəşli" dəniz yatağında və "Şah Dəniz" qaz kondensat yatağında 24,3 milyon ton neft və qaz-kondensat hasil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 2,4 faiz çoxdur.
Yanvar-iyulda Azərbaycanda qaz hasilatı təxminən 14 milyard kubmetr təşkil edib. Bu da 2008-ci ildəki göstəricidən 1,6 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" və "Şah Dəniz" yatağının payına təxminən 6,2 milyard kubmetr səmt qazı düşür ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 25 faiz çoxdur.
2009-cu ilin yanvar-iyulunda Azərbaycanda təxminən 11 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu da 2008-ci ilin müvafiq dövründə istehsal olunmuş elektrik enerjisindən 9,2 faiz azdır.