...

Azərbaycanın daxili bazarında avtomobil benzininin satışı artıb

Energetika Materials 17 Avqust 2009 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust / Trend /

"Yanvar-iyulda Azərbaycanın daxili bazarına 2,1 milyon ton neft məhuslu göndərilib. Ötən ilin analoji dövründə bu rəqəm 2,9 milyon ton olub", - Dövlət Statistika Komitəsindən deyilib.

Neft məhsullarının ümumi həcmindən 549 min tonu avtomobil benzininin payına düşüb ki, daxili bazarda ötən ilin analoji dövrünə nisbətən 10,7 faiz artımla ən çox satılan məhsul o olub. Azərbaycanın daxili bazarında А-92 markalı benzinin bir tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV-də daxil olmaqla) 670 AZN, А-95 - 736 AZN təşkil edir. Komitənin məlumatına görə, yanvar-iyul aylarında Azərbaycanın Azpetrol şirkəti realizə üçün təxminən 290 min ton, LUKoil - 90 min ton avtomobil benzini alıb.

Yanvar-iyulda daxili bazarda 428,1 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilə nisbətən 28,3 faiz azdır. Daxili bazarda 1 ton dizel yanacağının topdansatış qiyməti (təminat xərcləri və ƏDV-də daxil olmaqla) 485 AZN təşkil edir. Bu həcmdən Azpetrol 144,3 min ton, LUKoil - 49,7 min tona yaxın dizel yanacağı əldə edib. Xəzər dəniz gəmiçiliyi təxminən 10 min ton dizel yanacağı alıb.

Yanvar-iyulda daxili bazarda 201,3 min ton yanacaq mazutu satılıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 73,5 azdır. Daxili bazarda М-40 mazutunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV-də daxil olmaqla) 100 AZN təşkil edir. Bu həcmdən Azerenerji SC təxminən 118 min ton, emal üçün "Heydər Əliyev adına" Bakı Neft Emalı Zavodu 32,4 min ton mazut əldə edib.

203,3 min ton aviasiya kerosini satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 33,2 faiz azdır. Aviasiya kerosininin 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV-də daxil olmaqla) 307 AZN təşkil edir.

Yanvar-iyulda 124,8 min ton neft bitumu satılıb. Bu göstərici ötən illə müqayisədə 42,6 faiz azdır. Daxili bazarda BN 60/90 bitumunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV-də daxil olmaqla) 160 AZN təşkil edir.

Yanvar-iyulda daxili bazarda 47,2 min ton maye neft qazı satılıb. Bu göstərici ötən illə müqayisədə 11,3 faiz azdır.

Neft məhsullarının digər növlərindən daxili bazarda 530,1 min ton satılıb ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 7,2 faiz azdır.

Xəbər lenti

Xəbər lenti