...

İran Crescent Petroleum-la problemi həll etmək niyyətindədir

Energetika Materials 27 Avqust 2009 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend /

" İranın Qaz ixracı üzrə Milli Şirkəti (NIGEC) Crescent Petroleum şirkəti ilə mübahisəli məsələləri qanuna müvafiq şəkildə həll etmək niyyətindədir", - NIGEC-in bəyanatında deyilir.

NIGEC-ə İran Milli Neft Şirkəti və Crescent Petroleum arasındakı fikir ayrılığını həll etmək tapşırılıb.

Bəyanata əsasən, şirkətin Crescent Petroleum ilə fikir ayrılıqlarına münasibətdə siyasəti Neft Nazirliyində nəzərdən keçirilən digər hallardan fərqlənmir.

Bəyanatda deyilir ki, KİV, Neft Nazirliyi və digər hökumət təşkilatları ilə bağlı olan, həmçinin Crescent Petroleum məsələsinə aidiyyatı olan əməkdaşlar və şirkətlər son qərar verilənə qədər istənilən bəyanatlardan çəkinməlidirlər.

"İnformasiyanın açıqlanmasına ehtiyac olarsa, müvafiq bəyanatlar NIGEC rəhbərliyi tərəfindən veriləcək. Buna görə də Neft Nazirliyi ilə əlaqəli olan istənilən şəxslərin verdiyi bəyanatlar NIGEC-in rəy və ya bəyanatı kimi dəyərləndirilməməlidir", - bəyanatda deyilir.

Mübahisəli müqavilə 2002-ci ildə İranın neft şirkəti ilə BƏƏ-nin Crescent şirkəti arasında bağlanıb. Müqaviləyə əsasən, İran 2005-ci ildən etibarən 25 il ərzində "Salman" yatağından çıxarılan qazı BƏƏ-yə satmalıdır. İxrac olunan qazın həcmi ilkin mərhələdə sutkada 500 milyon kubmetr olmalı, sonradan sutkada 800 milyon kubmetrə çatmalı idi. Ancaq 2005-ci ildə İran Parlamentinin hesablama palatası bildirdi ki, müqavilənin imzalanması prosesində ciddi çatışmazlıqlar və qayda pozuntuları var. Palatanın məlumatında deyilir ki, Crescent şirkətinin İran nümayəndəliyinin direktoru Ziya Həmid Cəfər neft şirkətinin bəzi direktorlarına rüşvət vermək yolu ilə müqavilənin real qiymətə nisbətdəki dəyərini azaldıb. İran Parlamentinin hesablama palatası bildirir ki, ixrac olunan qazın qiyməti müqaviləyə əsasən ilk yeddi ildə dəyişmir ki, bu da müqavilənin realizəsində problemlər yaradır. Bununla yanaşı, 25 il ərzində BƏƏ-yə ixrac olunan qazdan 16-20 faiz gəlir əldə edəcək ki, bu da İranın Türkiyəyə ixrac etdiyi qazdan aldığı gəlirin 1/5-i qədərdir.

Xəbər lenti

Xəbər lenti