...

Ekol QSC Azərbaycanda iri miqyasda sorbent istehsalına hazırlaşır

Energetika Materials 16 Sentyabr 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir E.İsmayılov /

Bu ay ərzində Azərbaycanda iri miqyasda sorbent istehsalına başlanıla bilər, Azərbaycan-Özbəkistan alyansının iştirakçısı olan Ekol mühəndislik xidmətləri QSC-nin rəhbəri Soltan Əliyev deyib. Alyansın digər iştirakçısı Ekonordragmet Özbəkistan şirkətidir.

"Məhsulun test hissəsi artıq istehsal edilib. Hesab edirəm ki, yaxın aylar ərzində irimiqyaslı istehsalata başlanılacaq", - Əliyev deyib.

Əliyevin dediyi kimi, hazırda sorbent istehsalı üçün zəruri olan xammalın alınması məsələsi həll edilir. Bütün ölkələrdən xammal almaq imkanı var. Özbəkistan tərəfi danışıqlar aparır. "Yəqin ki, xammal Şərqi Asiya ölkələrindən, ya Çindən, ya da Vyetnamdan gətiriləcək", - Əliyev əlavə edib.

"İstehsalat tələbata uyğun olaraq həyata keçirilicıək. İstehsalatın həcmi sifarişlərə görə dəyişəcək", - Əliyev deyib.

Fevralın sonunda Azərbaycanın Ekol QSC və Özbəkistanın Ekonordragmet şirkətləri Bakıda sorbent istehsalı üzrə birgə alyans yaradılması haqda müqavilə imzalayıblar.

Ekol və Ekonordragmet şirkətləri arasındakı müqavilənin şərtlərinə uyğun olaraq istehsalat sahəsində Özbəkistandan gətirilən sorbent istehsalı üçün lazım olan avadanlıq quraşdırılıb. Avadanlıq Özbəkistan şirkəti tərəfindən lisenziyalaşdırılıb. Yaradılan alyansa müvafiq olaraq bütün avadanlıq Özbəkistan şirkəti tərəfindən gətirilməli və quraşdırılmalıdır. Qurğuların sorbent istehsalı üzrə gücü saatda 30 kiloqram sorbent təşkil edir.

Sorbent neft tullantıları ilə çirklənmiş quru və su sahələrinin təmizlənməsində təsirli vasitədir. Ekol sifarişçilərin istehsalat sahələrində yerləşən quru və su hövzələrini neft qarışıqlarından təmizləmək üçün sorbent istehsal edəcək, bu da öz növbəsində QSC-nin ekoloji layihəsinin iqtisadi və ekoloji məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq.

"Ekol" QSC 2006-cı il martın 1-də Abşeron yarımadasında ekloji problemlərin həlli məqsədilə yaradılıb. QSC-nin təsisçiləri ARDNŞ (41 faiz) və "Lancer S.A. Services" (49 faiz) şirkətləridir.

Özbəkistan-İngiltərə birgə şirkəti olan "Ekonordragmet" Özbəkistanın Ədliyyə Nazirliyində 15 fevral 2006-cı ildə qeydiyyatdan keçib və yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti