Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir A.Bədəlova/
Dünyanın ən iri banklarından biri olan ABŞ-ın JPMorgan bankı 2009-2010-cu illərdə neftin qiyməti üzrə proqnozları artırıb. Yeni proqnozlara uyğun olaraq, WTI markalı yüngül ABŞ neftinin orta qiyməti 2009-cu ildə bir barelə görə 60,28 dollar, 2010-cu ildə isə 68,75 dollar təşkil edəcək. Əvvəllər bank WTI markalı neftin qitmətini uyğun olaraq 59,03 və 67,5 dollar olaraq proqnozlaşdırıb.
ABŞ bankının məruzəsində deyildiyinə görə, WTI neftinin ən yüksək qiyməti gələn ilin birinci, üçüncü və dördüncü rübündə izlənəcək ki, bu da bir barelə görə 70 dollar təşkil edəcək. Bankın proqnozuna görə, gələn ilin ikinci rübündə bir barelin qiyməti 65 dollar olacaq.
JPMorgan Brent neft növünün 2009-cu ildə orta qiymətini 61,91 dollar proqnozlaşdırıb. Bankın əvvəlki proqnozuna görə, bu göstərici 60,66 dollar olub. Proqnoza müvafiq olaraq, 2010-cu ildə bir barelin qiyməti 70 dollara çatacaq.
Sentyabrın 25-də Nyu-York ticarət birjasında WTI yüngül ABŞ neftinin bir barelinin qiyməti 0,34 dollar artaraq 66,23 dollar olub. Noyabr Fyuçers müqaviləsinin rəsmi qiyməti Brent - Şimal dəniz neft növünün bir barelinin Noyabr Fyuçers müqaviləsinin rəsmi qiyməti London birjasında 0,54 dollar artaraq 65,44 dollar olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]