...

Azərbaycan neftinin qiyməti: 21-25 sentyabr həftəsinin yekunları

Energetika Materials 28 Sentyabr 2009 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir E.İsmayılov/

21-25 sentyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $68,3/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $1,7/barel azdır.

21-25 sentyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $70,83/barel, minimal qiyməti isə $63,05/barel təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 0,14 faizdir.

21-25 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $65,5/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $1,8/barel azdır.

21-25 sentyabr həftəsində URALS neftinin maksimal qiyməti $68,09/barel, minimal qiymət isə $63,05/barel təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

21-25 sentyabr həftəsində Brent Dated neftinin orta qiyməti $66,9/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $1,4/barel çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $69,65/barel, minimal qiymət isə $64,64/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti