...

Azərbaycan "Nabukko" üçün təxminən 7 milyard kubmetr qaz tədarük edə bilər - ARDNŞ nümayəndəsi

Energetika Materials 5 Oktyabr 2009 11:02 (UTC +04:00)
Azərbaycan "Nabukko" kəməri ilə öz işinə nə zaman başlasa təxminən 7 milyard kubmetr həcmində qaz tədarük edə bilər. Bu barədə Buxarestdə keçirilən Qara dəniz Enerji və İqtisadi Forumu zamanı ARDNŞ-nin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib. Məlumatı Avropa KİV yazır.
Azərbaycan "Nabukko" üçün təxminən 7 milyard kubmetr qaz tədarük edə bilər - ARDNŞ nümayəndəsi

Azərbaycan, Bakı, 03 oktyabr / Trend /

Azərbaycan "Nabukko" kəməri ilə öz işinə nə zaman başlasa təxminən 7 milyard kubmetr həcmində qaz tədarük edə bilər. Bu barədə Buxarestdə keçirilən Qara dəniz Enerji və İqtisadi Forumu zamanı ARDNŞ-nin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib. Məlumatı Avropa KİV yazır.

Onun sözlərinə görə, ARDNŞ-nin "Nabukko" layihəsi konsorsiumu ilə müqavilə bağlamamasına baxmayaraq, ildə təxminən 7 milyard kubmetr qaz və ya boru kəmərinin ilkin illik gücünün təxminən dörddə birini təmin edə bilər.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti