Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir E.İsmayılov/
Çərşənbə günü Bakıda ARDNŞ və Rusiyanın "Qazprom" şirkəti arasında Azərbaycan qazının Rusiyaya nəqli barədə illik müqavilə bağlanıb. Azərbaycan tərəfindən müqaviləni ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Rusiya tərəfdən isə "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller imzalayıblar.
Müqavilənin şərtlərinə əsasən, ARDNŞ 2010-cu ildən il ərzində 500 milyon kumetr həcmində Azərbaycan qazını Rusiyaya nəql edəcək.