...

EITI çərçivəsində çoxtərəfli qrup yaradılacaq

Energetika Materials 15 Oktyabr 2009 13:04 (UTC +04:00)

Bakı, Azərbaycan, 15 oktyabr / Trend , müxbir E.İsmayılov/

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) çərçivəsində hökumət nümayəndələrindən, mədən şirkətləri və QHT koalisiyasından ibarət çoxtərəfli qrup yaradılacaq, Azərbaycan Dövlət Neft Fondunun başçısı Şahmar Mövsümov cümə axşamı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, çoxtərəfli qrup EİTİ çərçivəsində növbəti hesabatın hazırlanması və təsdiq edilməsində bilavasitə iştirak edəcək.

"Qrupun yaradılmasına dair sənədin imzalanması texniki məsələdir, Azərbaycanda 25-dən artıq EİTİ iştirakçısı var. Onlar da imzalanma mərasimində iştirak etməlidirlər", - Mövsümov deyib. Sənədin şərtləri artıq razılaşdırılıb.

Çoxtərəfli qrupda hökumətdən, mədən sənayesindən və QHT-koalisiyasından 3 nəfərin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti