...

"Azəriqaz" abunəçiləri məişət qazının istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayyət etməyə çağırır

Energetika Materials 16 Oktyabr 2009 10:52 (UTC +04:00)
Yaxın günlərdə ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi ictimaiyyətə məişət qazının istifadəsi zamanı təhlükəzislik qaydalarını təşviq edən yeni materiallar təqdim edəcək, bu barədə ARDNŞ-ın məlumatında deyilir.
"Azəriqaz" abunəçiləri məişət qazının istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayyət etməyə çağırır

Azərbaycan, Bakı, 16 oktyabr / Trend /

Yaxın günlərdə ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi ictimaiyyətə məişət qazının istifadəsi zamanı təhlükəzislik qaydalarını təşviq edən yeni materiallar təqdim edəcək, bu barədə ARDNŞ-ın məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, payız-qış mövsümünün başlanması ilə gücləndirilmiş iş rejiminə keçilməsilə əlaqədar olaraq abunəçilərin məlumatlandırılması məqsədilə texniki təhlükəsizlik qaydalarına dair xüsusi bukletlər, plakatlar və video çarxlar hazırlanıb.

Təşviqat materialları ictimai yerlərdə - yaşayış evlərinin və çoxmərtəbəli binaların qarşısında asılacaq.

Payız-qış mövsümünün başlanması ilə əlaqədar qaza olan tələbatı nəzərə alaraq "Azəriqaz" abunəçilərdən diqqətli olmağı və bədbəxt hadisələrdən yayınmaq məqsədilə qaz istifadəsinin texniki qaydalarına riayyət etməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti