...

İran öz qazını Azərbaycanda saxlamaq və yeni boru kəməri inşa etmək niyyətindədir

Energetika Materials 19 Oktyabr 2009 10:46 (UTC +04:00)
İran öz qazını saxlamaq üçün Azərbaycanın sərhəd zonasında yerləşən yeraltı rezervuraını işə salmaq niyyətindədir, qazın saxlanması üzrə İran şirkətinin idarəsinin icraçı direktoru Məsud Samivand deyib.
İran öz qazını Azərbaycanda saxlamaq və yeni boru kəməri inşa etmək niyyətindədir

Azərbaycan, Bakı, 17 oktyabr / Trend /

İran öz qazını saxlamaq üçün Azərbaycanın sərhəd zonasında yerləşən yeraltı rezervuraını işə salmaq niyyətindədir, qazın saxlanması üzrə İran şirkətinin idarəsinin icraçı direktoru Məsud Samivand deyib.

"Şirkətin ekspertləri rezervuarların texniki vəziyyəti ilə tanış olmaq üçün İrandan Azərbaycana gəliblər. Keçən il başlanılan danışıqlar davam edəcək", - Samivand deyib, İranın SHANA informasiya agentliyi məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan qazın saxlanması üçün yaxşı potensiala malikdir.

"İran və Azərbaycan arasında boru kəmərinin texniki vəziyyəti aşağı səviyyədə olduğu üçün Azərbaycan tərəfinə köhnə boru kəmərinin yanında yeni qaz kəmərinin inşa edilməsi təklif edilib", - Samivand əlavə edib.

Onun sözlərinə görə, yay aylarında İran Azərbaycandakı rezervuarlara qaz dolduracaq. Qışda isə sutkalıq 15 milyon kubmetr qaz götürəcək.

Azərbaycan və İranı 1474,5 kilometr uzunluğunda (o cümlədən Azərbaycan ərazisində 296,5 kilometr) "Qazməmməd-Astara-Bind-Biand" qaz kəməri əlaqələndirir. Onun nəqletmə gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istifadəyə verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Bu istiqamətdə üç kompressor stansiyası tikilib - Qazməmməd, Ağdaş və Qazaxda. Qaz-nəqliyyat sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir.

Xəbər lenti

Xəbər lenti