...

Azərbaycanın daxili bazarında benzin və bitum satışı artıb

Energetika Materials 19 Oktyabr 2009 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend /

Yanvar-sentyabr aylarında Azərnbaycanın daxili bazarından 2,8 milyon tona yaxın neft məhsulları göndərilib, keçən ilin müvafiq dövründə bu göstərici 3,6 milyon ton olub, ölkənin Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcminin 725 min tonu avtomobil benzinin payına düşür. Avtomobil benzini satışı daxili bazarda 2008-ci ilin müvafiq göstəricisindən cəmi 8,1 faiz çox olub. Azərbaycanın daxili bazarında bir ton A-92 markalı avtomobil benzinin topdan satış qiyməti 670 AZN, A-95 markalı benzinin isə 736 AZN təşkil edib. Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında Azərbaycanın Azpetrol şirkəti satış üçün 381,3 min ton, LUKoil şirkəti isə 117 min ton avtomobil benzini alıb.

2009-cu ilin yanvar-sentyabr aylarında daxili bazarda 565,8 min ton dizel yanacağı satılıb ki, bu da 2008-ci ilin müvafiq dpövründəki göstrəricidən 26,3 faiz azdır. Daxili bazarda bir ton dizel yanacağının topdan satış qiyməti 485 AZN təşkil edir. Statistika Komitəsinin məlumatına görə, Azpetrol ümumi həcmdən 183 min tona yaxın, LUKoil 65,1 min tona yaxın, Xəzər Dəniz Gəmiçiliyi isə 13 min tona yaxın dizel yanacağı alıb.

Bu ilin yanvar-sentyabr aylarında daxili bazarda 243,4 mion ton yanacaq mazutu alınıb ki, bu da ötən ilki göstəricidən 70,8 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 markalı mazutun topdansatış qiyməti 100 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərenerji SC 118 min tondan çox, Heydər Əliyev adına Bakı NEZ-i isə 32 min tondan çox mazut alıb.

276,1 min ton aviasiya kerosini satılıb ki, bu da ötən ilin göstəricisindən 30,5 azdır. Daxili bazarda bir ton aviasiya kerosinin topdansatış qiyməti 307 AZN təşkil edir.

Yanvar-sentyabr aylarında daxil bazarda 171,5 min ton neft bitumu satılıb ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 30,8 faiz çoxdur. Daxili bazarda 1 ton BN 60/90 markalı bitumun topdansatış qiyməti 160 AZN təşkil edir.

Yanvar-sentyabr aylarında daxili bazarda 69,2 min ton maye neft qazı (LPG) satılıb ki, bu da ötən ilin müvafiq dövrünə olan göstəricidən 1,4 faiz azdır.

Daxili bazarda 717,3 min ton neft məhsullarının digər növləri satılıb. Bu, 2008-ci ilin yanvar-sentyabr aylarında olan göstəricidən 3,8 faiz azdır.

Xəbər lenti

Xəbər lenti