Bakı, Azərbaycan, 14 noyabr / Trend , müxbir S.Əliyev/
ARDNŞ 2010-cu ildə "Babək" perspektivli dəniz strukturunda kəşfiyyat quyusunun qazılmasına başlayacaq, şənbə günü ARDNŞ-in geologiya, geofizika və işlənmə məsələləri üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə əsasən, işlər Xəzərdəki qazma qurğusu ilə həyata keçiriləcək. Sözügedən qurğu növbəti il boş olacaq.
ARDNŞ-in proqnozlarına əsasən, "Babək" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]