...

Azərbaycan qazının Avropa İttifaqına ixracı prioritet olaraq qalır - ARDNŞ

Energetika Materials 20 Noyabr 2009 14:41 (UTC +04:00)
Azərbaycan qazının Avropa İttifaqına ixracı prioritet olaraq qalır. Bu barədə cümə günü ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi deyib.

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Bədəlova/

Azərbaycan qazının Avropa İttifaqına ixracı prioritet olaraq qalır. Bu barədə cümə günü ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi deyib.

Şirkət nümayəndəsinin qeyd etdiyi kimi, Türkmənistandan Çinə boru kəmərinin inşa edilməsi Azərbaycan üçün daha bir alternativ nəqletmə vasitəsi əldə etməyə imkan verir.

"2020-2025-ci illərdə Aİ ölkələrinin qaz bazarı ilə müqayisədə Çin bazarının necə olacağını təxmin etmək çətindir", - ARDNŞ-in nümayəndəsi deyib.

BP-nin məlumatına görə, 2009-cu ilə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatı 1,2 milyard kubmetr təşkil edir.

Xəbər lenti

Xəbər lenti