...

Azərbaycan və İran mal dövriyyəsini 1 milyard dollaradək artırmaq niyyətindədir

Energetika Materials 14 Dekabr 2009 17:31 (UTC +04:00)
Azərbaycan və İranın xarici işlər nazirləri danışıqların yekunları üzrə hazırda 600 milyon dollar təşkil edən mal dövriyyəsini bir milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Bu barədəbazar ertəsi İranın xarici işlər naziri Mənuçöhr Müttəki azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün yekunları üzrə bildirib.
Azərbaycan və İran mal dövriyyəsini 1 milyard dollaradək artırmaq niyyətindədir

İran, Tehran, 14 dekabr / Trend , müxbir T.Səltənətpur/

Azərbaycan və İranın xarici işlər nazirləri danışıqların yekunları üzrə hazırda 600 milyon dollar təşkil edən mal dövriyyəsini bir milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Bu barədə bazar ertəsi İranın xarici işlər naziri Mənuçöhr Müttəki azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün yekunları üzrə bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər iqtisadiyyat, sənaye, energetika və ticarət kimi sahələrdə uğurla əməkdaşlıq edirlər.

Keçirilmiş görüşlərin yekunları üzrə tərəflər Astara (İran) və Astara (Azərbaycan) arasında dəmiryol nəqliyyatının yaradılması və bu nəqliyyatın "Şimal-Cənub" dəmiryol layihəsi çərçivəsində Fars körfəzinədək uzadılması barədə razılığa gəliblər.

Görüş zamanı tərəflər elektrik enerjisi sahəsində əməkdaşlıq, və İranın Azərbaycan ərazisi vasitəsilə MDB-nin elektrik enerjisi bazarlarına çıxması məsələlərini müzakirə ediblər. Hazırda İran və Azərbaycan elektrik enerjisinin ötütrülmə həcminin 700 meqavatadək artırılması üzrə birgə layihə həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti