...

Sumqayıtda elektrik enerjisi istehlakına görə yığılan vəsaitlərin həcmi 70 faiz təşkil edib

Energetika Materials 14 Dekabr 2009 20:35 (UTC +04:00)
Sumqayıt paylayıcı elektrik şəbəkəsinin müdiri Həmid Ağayev bildirib ki, şəhər əhalisindən (güzəştli abunəçilər istisna olmaqla) elektrik enerjisinin istehlakına görə yığılan vəsaitlərin həcmi 70 faiz təşkil edib.
Sumqayıtda elektrik enerjisi istehlakına görə yığılan vəsaitlərin həcmi 70 faiz təşkil edib

Azərbaycan, Bakı, 14 dekabr / Trend /

Sumqayıt paylayıcı elektrik şəbəkəsinin müdiri Həmid Ağayev bildirib ki, şəhər əhalisindən (güzəştli abunəçilər istisna olmaqla) elektrik enerjisi istehlakına görə yığılan vəsaitlərin həcmi 70 faiz təşkil edib.  Bu barədə şəhərin icra hakimiyyətinin məlumatında deyilir.

Noyabrda bu qrup abunəçilər 15 537,58 min kilovat-saat elektrik enerjisi istehlak ediblər. İstehlak olunmuş elektrik enerjisinin ümumi həcminin dəyərinin 59,68 faizi ödənilib.

Hazırda Sumqayıt şəhərində əhali arasında 78 538 güzəştsiz abunəçi var. Şəhərdə 73 674 elektrik sayğacı quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti