...

ARDNŞ yanvar-noyabrda 150 min metrdən artıq qazma işləri həyata keçirib

Energetika Materials 17 Dekabr 2009 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

ARDNŞ (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) yanvar-noyabr aylarında 155,4 min metrlik qazma işləri həyata keçirib. Ötən ilin analoji dövründə bu göstərici 187 min metr təşkil edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

ARDNŞ noyabr ayında 13 min metrə yaxın qazma işləri aparıb.

Ümumilikdə, 2008-ci ildə ARDNŞ 202 954 metrlik, 2007-ci ildə isə 190 376 metrlik qazma işləri həyata keçirib.

Xəbər lenti

Xəbər lenti