Azərbaycan, Bakı, 07 yanvar / Trend /
"2009-cu ildə "Azəriqaz" İB-nin Bakı şəhəri qaz-istismar idarəsinin sifarişi ilə 98,4 min metrdən artıq müxtəlif diametrli qaz kəməri çəkilib (yeraltı və yerüstü, aşağı və orta təzyiqli)", - bu barədə ARDNŞ-dan cümə axşamı yayılan məlumatda deyilir. İB də, ARDNŞ-ın tərkibinə daxildir.
Yeni qazkəmərlərinin çəkilməsi istehlakçıların tələbatının ödənilməsi, abunəçilərin qazla təminatının yaxşılaşdırılması, qaz itgisinin qabağının alınması, ödəniş səviyyəsinin artırılması, əhalinin texnoloji rejimə uyğun təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə həyata keçirilib.
Bu kəmərlərin 22631,63 metri Binəqədi rayonu, 370 metri Suraxanı rayonu, 24636,14 metri Sabunçu rayonu, 40736,35 metri Əzizbəyov rayonu, 5034,1 metri Nizami rayonu, 905 metri Qaradağ rayonu, 2353 metri Səbail rayonu üzrə, 459,5 metri Yasamal rayonu, 1306 metri isə Nəsimi rayonu ərazisinə aid olub.