Azərbaycan, Bakı, 15 yanvar / Trend /
2009-cu ildə Azərbaycanın "Şahdağ" elektrik stansiyası tərəfindən 57,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılan göstəricidən 4,4 milyon kilovat-saat çoxdur. Bu barədə "Azərenerji" SC-nin məlumatında deyilir.
Stansiya 2009-cu ilin sentyabr ayında istismara verilib. 12 aqreqatdan ibarət olan stansiyanın gücü 105 meqavat təşkil edir. Hər bir aqreqatın gücü 8,7 meqavatdır. Stansiyanın faydalı iş əmsalı 46% təşkil edir.