...

ARDNŞ Gurcustan kəndindəki məktəbə qaz cəkilisini basa catdırıb

Energetika Materials 3 Fevral 2010 12:22 (UTC +04:00)
Çərşənbə günü Gürcüstanın energetika naziri Aleksandr Hetaquri SOCAR Georgia Gas (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda törəmə müəssisəsi) şirkətinin yerli məktəbə qaz çəkilişi işlərini başa çatdırdığı Dmanisinin kəndinə səfər edəcək. Məktəbə nazirlə yanaşı SOCAR Energy Georgia şirkətinin rəhbəri Mahir Məmmədov də səfər edəcək.
ARDNŞ Gurcustan kəndindəki məktəbə qaz cəkilisini basa catdırıb

Çərşənbə günü Gürcüstanın energetika naziri Aleksandr Hetaquri SOCAR Georgia Gas (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda törəmə müəssisəsi) şirkətinin yerli məktəbə qaz çəkilişi işlərini başa çatdırdığı Dmanisinin kəndinə səfər edəcək. Məktəbə nazirlə yanaşı SOCAR Energy Georgia şirkətinin rəhbəri Mahir Məmmədov də səfər edəcək.

Həmin kənddə qaz çəkilişi üzrə işlər tamamlanma mərhələsindədir. Yaxın zamanlarda Dmanisi sakinləri təbii qazla təmin olunacaqlar.

2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-in 2009-cu ildən başlayaraq növbəti 5 il ərzində Gürcüstan bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan saziş imzalanıb. Memoranduma əsasən, ARDNŞ layihənin reallaşması üçün SOCAR Georgia Gas törəmə müəssisəsini yaradıb.

Həmçinin 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şido və Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar olunur. 2009-cu ilin aprelində ARDNŞ azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunda qazpaylayıcı şəbəkə istifadəyə götürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti