...

Qusar rayonunun kəndlərinin enerji təminatı günün sonunadək bərpa ediləcək

Energetika Materials 13 Fevral 2010 12:48 (UTC +04:00)
Günün sonunadək Qusar rayonunun enerji təchizatı bərpa ediləcək. Dünən 35 kilovoltluq enerji verən xətlərdə qırılma baş verdiyindən kəndlər enerjisiz qalıb. Bunu "Azerenerji" SC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev şənbə günü deyib.
Qusar rayonunun kəndlərinin enerji təminatı günün sonunadək bərpa ediləcək

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir E.İsmayılov/

Günün sonunadək Qusar rayonunun enerji təchizatı bərpa ediləcək. Dünən 35 kilovoltluq enerji verən xətlərdə qırılma baş verdiyindən kəndlər enerjisiz qalıb. Bunu "Azerenerji" SC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev şənbə günü deyib.

Dünən axşam yüksək voltlu enerji xətlərinin zədələnməsi nəticəsində Qusar rayonunun 10-a yaxın kəndi elektrik enerjisiz qalıb. Baxşəliyevin sözlərinə görə, zədəlnmə Qusar rayonun bəzi kəndlərini elkektrik enerjisi ilə təmin edən Acaxur-Vayxur yüksək voltlu elektrik xətlərində baş verib.

"Bu Qusar şəhərinin enerji təchizatında özünü göstərib. Hazırda xətdə təmir işləri aparılır və günün sonunadək Qusar rayonun kəndlərində enerji təminatı bərpa ediləcək", - Baxşəliyev deyib.

Xəbər lenti

Xəbər lenti