...

Azərbaycanın bəzi ərazilərinin qaz təminatı müvəqqəti dayandırılacaq

Energetika Materials 30 Mart 2010 03:57 (UTC +04:00)
Azərbaycanın bəzi ərazilərinin qaz təminatı çərşənbə axşamı müvəqqəti dayandırılacaq.Bu barədə ARDNŞ-nin yayılan məlumatında deyilir.
Azərbaycanın bəzi ərazilərinin qaz təminatı müvəqqəti dayandırılacaq

Azərbaycanın bəzi ərazilərinin qaz təminatı çərşənbə axşamı müvəqqəti dayandırılacaq. Bu barədə ARDNŞ-nin yayılan məlumatında deyilir.

Təmir-bərpa işləri ilə əlaqədar mart ayının 30-da saat 09.00-dan 18.00-dək Ağdaş və Şəmsabad Qazpaylayıcı Stansiyalarında, saat 10.00-dan 18.00-dək Ağstafa və Köçəsgər Qazpaylayıcı Stansiyalarında, qaz sızmasının ləğvi ilə əlaqədar saat 10.00-dan 14.00-dək Zaqatala Qazpaylayıcı Stansiyasında, həmçinin saat 10.00-dan 16.00-dək Bakı dairəvi avtomobil yolunun tikintisi ilə bağlı Seksiya 1, Qovşaq 1, Rampa 3 sahələrində, "Koroğlu" Qaztənzimləyici Məntəqəsinə gələn 325 mm-lik qaz boru kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu məntəqədə qaz təchizatı dayandırılacaqdır.

Həmin müddət ərzində Ağdaş, Ağstafa, Zaqatala rayonları ərazisində, eləcə də Bakının Yasamal və Nəsimi rayonlarının bəzi hissələrinin qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaqdır.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərə təbii qazın nəqli bərpa ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti