...

Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün bütün imkanlara malikdir

Energetika Materials 5 Aprel 2010 14:04 (UTC +04:00)
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün bütün imkanlara malikdir. Bunu bazar ertəsi sənaye və energetika naziri Natiq Əliyev Bakıda alternativ enerji mənbələrinə həsr olunmuş konfransda deyib.
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün bütün imkanlara malikdir

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün bütün imkanlara malikdir. Bunu bazar ertəsi sənaye və energetika naziri Natiq Əliyev Bakıda alternativ enerji mənbələrinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda, əsasən, kənd yerlərində külək enerjisindən istifadə üçün imkanlar var. İl ərzində ölkədə küləyin orta sürəti saniyədə 3 metrdən 7 metrədək dəyişir. Həmçinin, nazirin sözlərinə görə, ölkədə günəş enerjisindən istifadə üçün bütün şərait var. Azərbaycan ərazisində günəşli günlərin sayı ildə 260-280 təşkil edir. Həmçinin, ölkədə termal suların enerjisindən istifadə imkanları var. Belə ki, Azərbaycanda, əsasən, Quba rayonunda termal su ehtiyatları böyükdür.

Nazirin fikrincə, Azərbaycanda alternativ enerji növlərinin inkişafı üçün müvafiq müqavilə-hüquq bazası olmalıdır ki, bu da investorlar, alternativ enerji istehsalçıları və istehlakçıları arasında münasibətlərin sadələşdirilməsi məqsədilə təkmilləşdirilməlidir.

"Qanunvericiliyin zəruri şərtlərə uyğunlaşdırılması Azərbaycanda alternativ enerji növlərinin inkişafı prosesini asanlaşdıracaq", - Əliyev deyib.

Nazirin fikrincə, bu gün Azərbaycan alternativ enerji növləri sahəsinin inkişafı üçün kifayət qədər imkanlara malikdir.

Xəbər lenti

Xəbər lenti