...

Bakıda neftayırma zavoduna bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi müəyyən olunub

Energetika Materials 8 Aprel 2010 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında zavoda bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi müəyyən olunub.

Nizami Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 7-dən 8-nə keçən gecə, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edən 1963-cü il təvəllüdlü Nəsib Qasımov Xətai rayonu ərazisindəki "Azərneftyağ" Neftayırma Zavoduna partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Məlumat əsasında Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən zavodda axtarış tədbirlərinə başlanılıb və 2 saata yaxın davam edən axtarışlar nəticəsində məlumat təsdiqini tapmayıb.

Məlumatı verən Qasımov Nizami rayonu , Balakişiyev küçəsi, ev 6/10, mənzil - 104 ünvanında yaşayır.

Xətai Rayon Prokurorluğundan isə bu barədə onlarda məlumat olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti