...

Avropa komissarı ARDNŞ-də Azərbaycan qazının Aİ-yə çatdırılması layihəsini müzakirə edib

Energetika Materials 15 Aprel 2010 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bakıda səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettinger ARDNŞ rəhbərliyi ilə Azərbaycan qazının Avropaya çatdırılması layihəsini (Nabukko, ITGI, Transadriatik qaz kəmərləri bu sıraya daxildir) müzakirə edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Məlumatda qeyd edildiyi kimi, Azərbaycan qazının Qara dəniz vasitəsilə Avropaya çıxarılması üzrə alternativ layihə variantları da nəzərdən keçirilib.

Danışıqlar zamanı həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, Azərbaycanın rolu da daxil olmaqla, genişspektrli məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti