...

Serbiya Azərbaycandan neft və qaz alışında maraqlıdır

Energetika Materials 13 May 2010 15:45 (UTC +04:00)
Sebiya Azərbaycandan neft, neft məhsulları və qaz idxal edə bilər. Bu sözləri cümə axşamı Bakıda olan Serbiyanın İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin dövlət katibi Çiriç Neboyşa deyib.
Serbiya Azərbaycandan neft və qaz alışında maraqlıdır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A. Bədəlova/

Sebiya Azərbaycandan neft, neft məhsulları və qaz idxal edə bilər. Bu sözləri cümə axşamı Bakıda olan Serbiyanın İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin dövlət katibi Çiriç Neboyşa deyib.

"Bizim ilk məqsədimiz Azərbaycandan neft alışıdır, çünki Serbiyada iri neft-kimya kompleksi mövcuddur", - Neboyşa bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Serbiya Azərbaycandan alınacaq qazın marşrutu, forması və həcminə dair danışıqlar aparacaq.

Neboyşanın dediyi kimi, hazırda Azərbaycan və Serbiya arasında əmtəə dövriyyəsinin səviyyəsi elə də yüksək deyil. Buna baxmayaraq, ölkələr ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdirlər.

Onun sözlərinə görə, hazırda Serbiya Azərbaycana dərman preparatları və metallurgiya məhsulları ixrac edir.

"Biz, həmçinin belə hesab edirik ki, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var", - o deyib.

Neboyşa deyib ki, ikinci Azərbaycan-Serbiya biznes forumu 2010-ci ilin sentyabr-oktyabr aylarında Belqradda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti