...

Azərbaycanın bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandıralacaq

Energetika Materials 17 İyun 2010 16:21 (UTC +04:00)
Yerüstü keçid qaz xətləri və digər avadanlıqların yenidən qurulması üzrə işlər çərçivəsində 18 iyun saat 10:00-dan 18:00-a qədər Quba Qazpaylayıcı Stansiyasının qaz təchizatı dayandırılacaq.
Azərbaycanın bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandıralacaq

Аzərbaycan, Bakı, 17 iyun /Trend/

Yerüstü keçid qaz xətləri və digər avadanlıqların yenidən qurulması üzrə işlər çərçivəsində 18 iyun saat 10:00-dan 18:00-a qədər Quba Qazpaylayıcı Stansiyasının qaz təchizatı dayandırılacaq. Bu barədə cümə axşamı ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) verilən məlumatda deyilir. Bu müddət ərzində Quba rayonuna qazın verilişində məhdudiyyətlər olacaq.

Bundan əlavə, yeni qaz kəmərlərinin şəbəkəyə qoşulması məqsədilə 18 iyun saat 10:00-dan 18:00-dək Novxanı və Digah kəndlərinə gedən qaz kəmərlərində təbii qazın nəqli dayandırılacaq. Bu müddətdə göstərilən yaşayış məntəqələrinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.

Xəbər lenti

Xəbər lenti