Türkiyə Bosfor boğazında neft sızması riskini azaltmaq üçün neft tankerlərinin hərəkətini məhdudlaşdırmaq niyyətindədir. Bunun üçün Türkiyə hökuməti beynəlxalq neft şirkətlərini qurudan keçən neft kəməri tikməyə məcbur edəcək. Belə nitqlə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız regionda fəaliyyət göstərən neft şirkətlərinin rəhbərləri ilə görüşdə çıxış edib. O, dəqiqləşdirib ki, alternativ neft boru kəməri Türkiyənin Qara dəniz Samsun limanını və Aralıq dənizindəki Ceyhan limanını birləşdirə bilər. Bu barədə Associated Press məlumat yayıb.
Yıldız bildirib ki, Türkiyə hökuməti Bolqarıstanın Burqas və Yunanıstanın Aleksandropolis limanları arasında boru kəmərinin tikintisində maraqlıdır.
Çin hökuməti də neft sızması təhlükəsi ilə bağlı narahatlığını öncədən bildirib. Onlar dərin neft hasilatı ilə məşğul olan şirkətləri təhlükəsizlik tələblərinə diqqətlə riayət etməyə çağırıblar. ÇXR hökumətinin fikrincə, bu, Meksika körfəzindəki faciədən yayınmağa imkan verəcək.
Burqas-Aleksadropolis neft boru kəmərinin tikintisi Rusiya və Bolqarıstan arasında yaranan fikir ayrılığına görə təxirə salınır. Bolqarıstanda 2009-cu ilin avqustunda yeni hökumət hakimiyyətə gəldikdən sonra rəsmi Sofiya bəyan edib ki, bu layihə nəqletmə kimi, Bolqarıstana sərfəli deyil və onlar layihədə "enerjinin tərkib hissəsini" görmək istəyirlər. 2010-cu il iyunun 11-də Bolqarıstanın Baş naziri bildirib ki, Sofiya Burqas-Aleksadropolis neft boru kəmərinin tikintisindən iqtisadi səbəblərə görə imtina edir. Bununla yanaşı, Rusiyanın energetika naziri Sergey Şmatko iyunun 17-də deyib ki, Rusiya Bolqarıstandan Burqas-Aleksadropolis neft boru kəməri layihəsində iştirak etmək barədə rəsmi imtina almayıb. O, həmçinin bildirib ki, layihə üzrə işlər dondurula bilər və Bolqarıstanın mövqeyi aydınlaşanadək, Rusiya layihənin maliyyələşdirilməsini dayandıracaq.