...

Yunanıstan Azərbaycan qazından istifadə edəcək ilk Avropa ölkəsi olacaq - nazir

Energetika Materials 13 İyul 2010 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Bədəlova/

Yunanıstan Azərbaycan qazından istifadə edəcək ilk Avropa ölkəsi olacaq. Bu barədə Trend-ə müsahibəsində Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişiklikləri naziri Tina Birbili bildirib.

Onun sözlərinə görə, Azərbaycan qazının Yunanıstana tədarükü hər iki tərəf üçün ümumi məqsəddir.

"Onlar Azərbaycan qazı üçün Türkiyə-Yunanıstan-İtaliya yeni birləşdirici qaz kəməri vasitəsilə Aİ-nin digər ölkələrinə nəqlinə yol açacaq", - Birbili deyib.

Türkiyə-Yunanıstan-İtaliya (ITGI) qaz kəməri Azərbaycan qazının Yunanıstan və İtaliyaya tədarükünü nəzərdə tutan "Cənub dəhlizi" çərçivəsindəki layihələrdən biridir. ITGI-yə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITGI (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI (Yunanıstan-İtaliya) layihələri daxildir. Bunlar "Poseydon" adı ilə tanınır.

"Poseydon" sualtı boru kəmərinin planlaşdırılan gücü ildə 8-10 milyard kubmetr qaz təşkil edir. Uzunluğu 212 km olan boru kəməri Yunanıstanın Stavrolimenas şəhərindən İtaliyanın Otranto şəhərinədək Adriatik dənizinin dibindən keçəcək. Qaz kəməri sahəsinin inşasına İtaliyanın "Edison" şirkəti məsuldur. Tikinti 2012-ci ilədək başa çatdırıla bilər.

ITGI qaz kəmərinin planlaşdırılan buraxılma qabilyyəti ildə 11,8 milyard kubmetr qaz təşkil edir. Bunun 3,6 milyard kubmetrini Yunanıstan, qalan hisssəni isə İtaliya almaq niyyətindədir. ITGI boru kəməri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə (mövcud Bakı-Tbilisi-Ərzurum boru kəməri) Yunanıstana, sonra isə İtaliyaya keçəcək. Boru kəmərinin 2015-ci ildə işə salınması planlaşdırılıb.

Birbilinin dediyinə görə, Yunanıstanın öz enerji balansında yeniləşən enerji mənbələrinin payını artırmağa səy göstərməsinə baxmayaraq, təbii qazdan istifadənin artması müəyyən qədər ölkənin strategiyasının bir hissəsini təşkil edir.

Birbilinin sözlərinə əsasən, Yunanıstanın qaza daxili tələbatı 2015-ci ildə indiki 3,5-4 milyard kubmetrdən 5 milyard kubmetrədək artacaq.

Nazirin sözlərinə görə, hazırda Yunanıstan qazın 57 faizini Rusiyadan, 20 faizini Türkiyədən alır. Qalan hissə sıxılmış təbii qazın (LNG) payına düşür ki, onun da 15 faizi Əlcəzairdən alınır.

Xəbər lenti

Xəbər lenti