...

Azərbaycan neftinin qiymətləri 19 iyulda artıb

Energetika Materials 20 İyul 2010 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir A.Bədəlova/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da $78,03 /barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cərşənbə axşamı verilən məlumata görə, bazaar ertəsi neftin qiyməti cümə gününə nisbətən $0,71/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da $76,95 /barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,41 /barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikliyinə görə Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 19-da $73,7 /barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,24 /barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti iyulun 19-da $76,51 /barel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,14 barel çoxdur.

Xəbər lenti

Xəbər lenti