...

ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyində aparılan əsaslı təmir müsbət nəticələr verir

Energetika Materials 9 Avqust 2010 13:24 (UTC +04:00)
ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin etilen-polietilen zavodunda bir ay əvvəl başlanmış təmir işləri müvəffəqiyyətlə davam etdirilir.
ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyində aparılan əsaslı təmir müsbət nəticələr verir

Azərbaycan, Bakı, 9 avqust /Trend/

ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda bir ay əvvəl başlanmış təmir işləri müvəffəqiyyətlə davam etdirilir. Artıq zavodun aparıcı sahələrindən olan etilen istehsalında əsas texnoloji qurğu sayılan etilen və propilen kompressorlarının təmiri uğurla başa çatdırılıb. Qeyd edək ki, bu kompressorlar, həmçinin, piroqaz turbokompressorları istehsal zamanı daha çox narahatlıq doğuran, tez-tez sıradan çıxaraq kimyaçılar üçün əlavə problemlər yaradan, xüsusi rejimdə, yüksək təzyiq altında işləyən qurğulardır. Yalnız etilen istehsalının deyil, bütövlükdə zavodun stabil fəaliyyəti məhz həmin qurğuların ahəngdar işindən asılıdır. Təmirin ilk günlərindən etibarən, kompressorların bərpaya və dəyişilməyə ehtiyacı olan bütün hissələri dəqiqliklə müəyyənləşdirilib və nasazlıqlar mərhələ-mərhələ aradan qaldırılıb. Etilen istehsalındakı kompressorların keyfiyyətlə və qrafikə uyğun olaraq vaxtında təmir edilərək istismara buraxılmasında səthi aktiv maddələr, "Üzvi sintez" zavodlarının mexaniki-təmir sexlərinin və birliyin yeni yaradılmış təmir-tikinti idarəsinin müvafiq briqadalarının gərgin əməyi qeyd olunmalıdır. Turbokompressorların müxtəlif təyinatlı boru xətlərində, həmçinin, separatorlarda xammal və yarımfabrikat sızmaları aradan qaldırılmış, digər texnoloji və köməkçi avadanlıqlarda da təftiş və təmir işləri aparılmışdır. Artıq sınaqdan keçirilmiş kompressorların korroziyaya davamlı boyalarla rənglənməsinə başlanılmışdır. Müəssisənin stabil işləməsində vacib əhəmiyyət kəsb edən amillərdən biri də piroqaz turbokompressorunda əlavə boru xətlərinin polimerdən tam və keyfiyyətli təmizlənməsi işləridir ki, bu da həmin sahə üzrə ixtisaslaşmış və təcrübəsi olan mütəxəssislərə həvalə olunub. Təqdirəlayiq haldır ki, təmir zamanı kimyaçılar üçün normal iş şəraiti yaradılmasına da xüsusi diqqət yetirilib. Alınmış nəticə yüksək səviyyədə, keyfiyyət baxımından ciddi tələbkarlıq şəraitində aparılan əsaslı, fundamental təmirdən sonra, müəssisənin bütün texnoloji və mexaniki avadanlıqlarının istismar dövrünün daha uzunmüddətli olacağını söyləməyə tam əsas verir.

Xəbər lenti

Xəbər lenti