...

Azərbaycan Sənaye və Energetika Nazirliyi alternativ enerji mənbələri üzrə I Qafqaz forumunda iştirak etmir

Energetika Materials 3 Sentyabr 2010 18:12 (UTC +04:00)
Sentyabrın 6-7-də Bakıda alternativ və bərpa olunan enerji mənbələri üzrə I Qafqaz forumu keçiriləcək.
Azərbaycan Sənaye və Energetika Nazirliyi alternativ enerji mənbələri üzrə I Qafqaz forumunda iştirak etmir

Аzərbaycan, Bakı, 3 sentyabr /Trend/

Sentyabrın 6-7-də Bakıda alternativ və bərpa olunan enerji mənbələri üzrə I Qafqaz forumu keçiriləcək.

Son illər Azərbaycan hökuməti tərəfindən alternativ və bərpa olunan enerji mənbələrinə böyük diqqət ayrılır. Bu məqsədlə 2004-cü il oktyabrın 21-də ölkə Prezidenti tərəfindən Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi üzrə proqram təsdiq olunub. Həmçinin ötən il iyulun 16-da Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, bu il mayın 20-də alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi razılığın verilməsi qaydaları təsdiq olunub. 2009-cu il yanvarın 26-dan etibarən Azərbaycan Bərpa Olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin tamhüquqlu üzvüdür.

Forumun rəsmi internet saytında (http://caucasus.is-abc.com) iştirakçılar arasında digər dövlət orqanları ilə birgə ölkənin Sənaye və Energetika Nazirliyi də göstərilib.

Lakin təəccüblüsü odur ki, əslində nazirlik bu cür formatda forumun keçirilməsini dəstəkləmir və digər dövlət orqanlarının bu forumda iştirakı gözlənilmir. Bəs onda niyə Energetika Nazirliyi və digər dövlət orqanlarını forumun əsas iştirakçıları siyahısında verirlər?

Vəziyyətə aydınlıq gətirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli ilə əlaqə saxladıq. "Biz bu məsələni öyrənəcəyik. Razılığımız olmadan nazirliyin forumun rəsmi sənədlərində iştirakçılardan biri kimi göstərilməsi bizi də təəccübləndirir. Həmin forumda nazirliyin iştirakı planlaşdırılmır və bu, təşkilatçıların nəzərinə çatdırılıb. Biz alternativ və bərpa olunan enerji mənbələri sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, görüşlər, debatlar, seminarlar və ya konfransların keçirilməsinin əleyhinə deyilik. Lakin bununla yanaşı belə hesab edirik ki, bu cür tədbirlərin təşkilatçıları bu sahədə dövlət siyasətini gerçəkləşdirən dövlət orqanları ilə əməkdaşlıq etməlidirlər", - nazirliyin nümayəndəsi deyib.

Xəbər lenti

Xəbər lenti