...

Bakı-Tbilisi-Ceyhan neft kəməri böyük texniki nailiyyətdir – "BP Azerbaijan"

Energetika Materials 13 Sentyabr 2010 18:56 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən bir milyard barel neft "Nippon Princes" tankerinə yüklənərək bu gün Rotterdama (Niderland) göndərilib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri böyük texniki nailiyyətdir – "BP Azerbaijan"

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən bir milyard barel neft "Nippon Princes" tankerinə yüklənərək bu gün Rotterdama (Niderland) göndərilib. Bu barədə bazar ertəsi neft kəmərinin operatoru qismində çıxış edən BP-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Rotterdama göndərilən tanker sayca 1275-cidir.

"BP Azerbaijan"nın prezidenti Rəşid Cavanşirin sözlərinə görə, BTC ilə milyard barellik neftin nəqli əhəmiyyətli hadisədir. Bu o deməkdir ki, 2005-ci ildən - neft kəmərinin neftlə doldurulmasından etibarən və bu günədək o, bütün gözləntiləri doğruldub - o, təhlükəsiz, səmərəli və etibarlıdır. BTC böyük texniki nailiyyətdir.

Neft boru kəməri ilə nəql edilən neftin əsas hissəsi Azərbaycanın dəniz yataqları "Azəri-Çıraq-Günəşli" bloku və "Şahdəniz" qaz-kondensat yatağının payına düşür. BTC ilə türkmən nefti də nəql olunur və "Tengiz" yatağından Qazxıstan neftinin nəqlinə dair saziş də imzalanıb. Neft boru kəmərinin gücü sutkada 1,2 milyon barel təşkil edir.

Hazırda BTC ilə hər gün 850 min barel neft nəql olunur. Neft boru kəməri ilə ən böyük ixrac göstəricisi cari ilin iyulun 21-də qeyd alınaraq sutkada 1,06 barel təşkil edib.

2010-cu il ərzində BTC ilə 25,8 milyon ton və ya 191 milyon barel neft nəql edilib.

BTC neft kəmərinin ümumi uzunluğu 1 768 km-dir. Bunun 443-ü Azərbaycan, 249-u Gürcüstan, 1 076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin uzunluğu boyunca səkkiz stansiya var. Onlardan ikisi Azərbaycanda, ikisi Gürcüstanda, dördü isə Türkiyə ərazisindədir.

Xəbər lenti

Xəbər lenti