...

Azərbaycanda ABŞ-ın "URS Federal Services International" layihə-konstruktor şirkətinin nümayəndəliyi açılıb

Energetika Materials 14 Sentyabr 2010 16:29 (UTC +04:00)
Avqustda Azərbaycanda "bir pəncərə" vasitəsilə ABŞ-ın "URS Federal Services International" korporasiyasının nümayəndəliyi qeydiyyatdan keçib.
Azərbaycanda ABŞ-ın "URS Federal Services International" layihə-konstruktor şirkətinin nümayəndəliyi açılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Axundov/

Avqustda Azərbaycanda "bir pəncərə" vasitəsilə ABŞ-ın "URS Federal Services International" korporasiyasının nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə ölkənin Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Onun təsisçisi ABŞ-ın "URS Federal Services International Inc" şirkəti olub.

Şirkətin ölkədəki nümayəndəsi Azərbaycan vətəndaşı Zaur Əliyevdir.

Korporasiya ABŞ hökumətinin himayəsi ilə bütün dünyada həyata keçirilən layihələr çərçivəsində layihə idarəçiliyi, texniki dəstək, tikintinin idarə edilməsi, alışların edilməsi, layihə-konstruktor, inteqrasiya, rabitə və logistika işlərinin yerinə yetirilməsi sahəsində xidmətləri təklif edir.

2000-ci ildən etibarən "URS" BP üçün iki böyük boru kəməri - Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum üzrə dizayn və tikinti xidmətlərini təqdim edir. "URS" bu layihələrin üzərində işləyərkən tikintinin ətarf mühitə, əhaliyə, arxeologiyaya, hidrologiyaya, havanın təmizliyinə və s. təsirini qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti