...

ARDNŞ prezidenti "Statoil Azerbaijan" şirkətinin rəhbərini qəbul edib

Energetika Materials 24 Sentyabr 2010 20:08 (UTC +04:00)
Sentyabrın 24-də ARDNŞ-nin baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev "Statoyl-Azərbaycan" şirkətinin rəhbərini qəbul edib.
ARDNŞ prezidenti "Statoil Azerbaijan" şirkətinin rəhbərini qəbul edib

Azərbayacn, Bakı, 24 sentyabr /Trend, müxbir A.Yusifzadə/

Sentyabrın 24-də ARDNŞ-nin baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev "Statoyl-Azərbaycan" şirkətinin rəhbərini qəbul edib. Bu barədə şirkətin cümə günü yayılan məlumatında deyilir.

"Statoyl-Azərbaycan" şirkətinin prezidenti Kristian Hausken qəbul üçün təşəkkürünü bildirərək qeyd edib ki, onun Azərbaycandakı səlahiyyət müddəti başa çatmaq üzrədir. Hausken "Statoyl-Azərbaycan" şirkətinə 2007-ci ilin əvvəllərindən rəhbərlik etdiyini və bu müddətdə ARDNŞ ilə hərtərəfli və etibarlı tərəfdaşlıq münasibətlərinin inkişaf edib dərinləşməsi üçün əlindən gələni əsirgəmədiyini söyləyib. O, ötən müddətdə ARDNŞ rəhbərliyi tərəfindən daim dəstəkləndiyini vurğulayıb və buna görə Abdullayevə minnətdarlığını bildirib. Hausken Azərbaycan iqtisadiyyatının, o cümlədən neft-qaz sənayesinin bu illərdə böyük inkişaf yolu keçdiyini, əldə edilən nailiyyətlərdə rəhbərlik etdiyi şirkətin əməyinin olmasından məmnunluğunu bildirib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev "Statoyl-Azərbaycan" şirkəti ilə istər "Azəri-Çıraq-Günəşli", istərsə də "Şahdəniz" layihələri üzrə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləyib və bu münasibətlərin hazırkı mərhələyə çatmasında Hauskenin xidmətlərini yüksək qiymətləndirib.

"Statoyl-Azərbaycan" şirkətinin prezidenti Hausken öz sələfini - görüşdə iştirak edən Lars Sorenseni ARDNŞ rəhbərliyinə təqdim edərək onun böyük təcrübəyə malik olduğunu deyib. Şirkətin yeni rəhbəri Sorensen bu münasibətləri intensiv inkişaf etdirməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti