...

ARDNŞ Xəzərdə yeni quyu qazmağa başlayıb

Energetika Materials 1 Oktyabr 2010 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

"SOCAR-AQŞ" MMC "Günəşli" yatağında 13 saylı platformadan Qırmaki altı lay dəstinə, 3500 metr dərinliyə layihələndirilmiş 79 saylı maili istiqamətləndirilmiş quyunun qazılmasına başlayıb. Bu barədə MMC-nin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

Quyu "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında qazılacaq. Quyunun 2010-cu ilin dekabr ayında qurtarması planlaşdırılır. "SOCAR-AQŞ"in "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında yerinə yetirdiyi digər layihələrdə olduğu kimi, bu quyunun da vaxtından əvvəl və keyfiyyətlə başa çatdırılması qazmaçıların əsas məqsədidir.

Ümumiyyətlə, "SOCAR-AQŞ" ARDNŞ tərəfindən qoyulmuş plan-tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmək üçün yeni texnika və texnologiyaları tətbiq etməkdə davam edir. Bu müəssisənin daim təkmilləşmə və modernləşmə istiqamətində həyata keçirdiyi kursun davamıdır.

Qeyd edək ki, bu, "SOCAR-AQŞ"in "Günəşli" yatağı 13 saylı DDSÖ-dən qazacağı sayca 11-ci quyudur. "SOCAR-AQŞ" MMC gələcək layihələrdə də sifarişçinin gözləntilərini ən yüksək səviyyədə qarşılamaq üçün fəaliyyətinin bütün istiqamətlərini təkmilləşdirməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti