...

Azərbaycan Sənaye və Energetika naziri OPEK-in Beynəlxalq Energetika Forumunda iştirak edəcək

Energetika Materials 18 Oktyabr 2010 09:52 (UTC +04:00)
Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Natiq Əliyev OPEK-in təsis edilməsinin 50 illik yubileyinə həsr edilmiş Beynəlxalq Energetika Forumunda iştirak etmək üçün ilə Səudiyyə Ərəbistanı Krallığının Neft və Mineral Ehtiyatlar Naziri cənab Əli İ.Əl-Nəiminin rəsmi dəvəti ilə 18-20 oktyabr tarixində Əl-Riyad şəhərində rəsmi səfərdə olacaqdır.
Azərbaycan Sənaye və Energetika naziri OPEK-in Beynəlxalq  Energetika Forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Natiq Əliyev OPEK-in təsis edilməsinin 50 illik yubileyinə həsr edilmiş Beynəlxalq  Energetika Forumunda iştirak etmək məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığının  Neft və Mineral Ehtiyatlar Naziri cənab Əli İ.Əl-Nəiminin rəsmi dəvəti ilə 18-20 oktyabr tarixində Əl-Riyad şəhərində rəsmi səfərdə olacaqdır. Bu barədə Trend-ə daxil olmuş Azərbaycan Sənaye və Energetika nazirliyinin mətbuat xidmətinin məlumatında bildirlir.

Yubiley tədbirlərində OPEK-ə üzv ölkələrin neft və qaz sektoru üzrə  nazirlərinin, aidiyyətli dövlət qurum və şirkətlərinin rəhbərliyinin, transmilli energetika şirkətlərindən yüksək səviyyəli qonaqların  iştirakı nəzərdə tutulmuşdur.

Forumun açılış mərasimində Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz əl-Səud və Səudiyyə Ərəbistanı Krallığının Baş nazirinin ikinci müavini, daxili işlər naziri şahzadə Naif bin Əbdüləziz əl-Səud iştirak edəcəklər.

Forumda iştirak edəcək Sənaye və Energetika Naziri  Natiq  Əliyev çıxış edərək  yubiley münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu Forum iştirakçılarına və Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz əl-Səud çatdıracaqdır.

Forum çərçivəsində Nazirin bir sıra ikitərəfli görüşlərinin, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının Neft və Mineral Ehtiyatlar Naziri, ARAMCO Dövlət Neft Şirkətinin müdiri  və digər  rəsmi  şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulmuşdur.  Səfər zamanı Nazir Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında Səfirliyi  tərəfindən keçiriləcək "Azərbaycan və İslam  Konfransı Təşkilatı, nailiyyətlər və perspektivlər" adlı prezentasiyada da iştirak edəcək.

 Azərbaycan Respublikasının  Sənaye və Energetika Naziri bundan əvvəl OPEK-in 2008-ci ilin dekabrında Əlcəzairdə, 2009-cu ilin martında isə Avstriyada keçirilən  iclaslarında iştirak etmişdir.  Azərbaycan Respublikası OPEK-in toplantılarına müşahidəçi statusunda qatılır.

Xəbər lenti

Xəbər lenti