...

ARDNŞ yeraltı qaz anbarlarına qazvurulma prosesini tamamlamağa hazırlaşır

Energetika Materials 18 Oktyabr 2010 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.İsmayılov/

Hazırda Azərbaycanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sərəncamında olan yeraltı qaz anbarlarında qaz ehtiyatları 2,64 milyard kubmetri ötüb. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə məlumat verib.

Hazırda respublikada iki yeraltı qaz anbarı var - Qaradağ və Qalmaz.

Mənbənin sözlərinə görə, qaz anbarlarında olan yanacağın ümumi həcminin 1,13 milyard kubmetrini ötən ildən qalan qaz təşkil edir. Bu il qazvurulma mövsümündə (apreldən oktyabradək) ARDNŞ-nin yeraltı qaz anbarına 1,5 milyard kubmetr qaz vurulub.

"Yeraltı qaz anbarlarına qaz vurulması yüksək sürətlə davam etdirilir. Qazvurulma mövsümü hələ başa çatmayıb", - mənbə bildirib.

Onun sözlərinə görə, qazvurulma prosesi maksimum ilin, minimum isə oktyabrın sonuna qədər davam etdiriləcək.

Ötən il ARDNŞ yeraltı qaz anbarına iki milyarda yaxın qaz vurub ki, bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti