...

ABŞ və Azərbaycan arasındakı münasibətləri varislik və təkamülün birləşməsi kimi xarakterizə etmək olar – Dövlət Departamentinin xüsusi nümayəndəsi Riçard Morniqstar

Energetika Materials 10 Noyabr 2010 11:41 (UTC +04:00)

ABŞ, Vaşinqton, 10 noyabr /Trend, müxbir L.Katık/

ABŞ və Azərbaycan arasındakı münasibətləri varislik və təkamülün birləşməsi kimi xarakterizə etmək olar. Bu barədə ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çərşənbə axşamı Vaşinqtonda "Amerika-Azərbaycan münasibətləri: "strateji tərəfdaşlığ"ın vəziyyəti" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

"Obama administrasiyasının Azərbaycanla uzun tarixə malik xoş qarşılıqlı münasibətlərin səviyyəsini aşağı salmaq niyyəti olmayıb", - Morninqstar Azərbaycanla Bakı-Ceyhan neft kəməri üzrə işləri xatırladaraq deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji və bir çox ikitərəfli və çoxtərəfli məsələlər üçün mərkəzi ölkə olaraq qalır.

"ABŞ administrasiyasının siyasəti həmişə Xəzər və Mərkəzi Asiya regionunda enerji təchizatı mənbələri və yollarının şaxələndirilməsinə nail olmaq olub", - o, deyib.

"Şaxələnmə, müxtəliflik təhlükəsizlik yaradır", - xüsusi nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, ABŞ təbii qazın Avropaya nəqli üçün yeni Cənub dəhlizinin açılışını dəstəkləyir. "Enerji resurslarının alınması perspektivləri bu yolda daha çox ümidverici hesab olunur", - Morninqstar deyib.

"İraq hökumətinin yaradılması ilə tərəqqiyə nail olduqdan sonra oradan da Cənub dəhlizinə qaz tədarük etmək olar", - Morninqstar bunun İraqa mühüm faydalar gətirəcəyini vurğulayaraq bildirib.

"Hər şeydən əvvəl, ticari tələblər layihənin vacibliyini təyin edəcək", - o, Cənub dəhlizinə enerji resurlarının nəqlində Azərbaycanın vacib rolunu qeyd edərək bildirib.

Morninqstarın sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi ABŞ milli maraqları üçün avropalılar üçün ABŞ-ın enerji təhlükəsizliyi qədər vacibdir.

"Biz həmçinin, yeni enerji mənbələrinin inkişafı üzrə enerji bazarında dəyişikliklərə hazır olmalıyıq", - xüsusi nümayəndə bildirib.

O qlobal böhran və qlobal enerji bazarının təbii qazla həddindən artıq təminatı ilə bağlı son tendensiyaları qeyd edib.

O, ABŞ-da şist qazının istehsalının enerji resursları bazarının xarakterini dəyişə biləcəyinə diqqət yetirib.

"Hazırda təbii qazın qiyməti borudan alınan qazın qiymətinin üçdə birini təşkil edir və ola bilər ki, ABŞ şist qazının inkişafı ilə qaz ixracatçısına çevrilsin", - səfir Morninqstar bəyan edib.

Onun sözlərinə görə, bu vəziyyət bazarlarda həm imkanlar, həm də risk yaradır.

Bir müddət əvvəl məlumat verilib ki, Ceymstaun Fondu və Mərkəzi Asiya və Qafqaz İnstitutu noyabrın 9-da Vaşinqtonda "Amerika-Azərbaycan münasibətləri: "strateji tərəfdaşlığ"ın vəziyyəti" mövzusunda konfrans keçiəcək.

ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi diplomatik nümayəndəsi Riçard Morninqstar, məşhur amerikalı politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski, Ceymstaun Fondunun prezidenti Qlen Hovard, fondun baş əməkdaşı, politoloq Vladimir Sokor, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr öz məruzələri ilə çıxış edəcəklər.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti