...

Türkiyə və Gürcüstan qarşılıqlı elektrik enerjisi ticarəti haqqında sazişin müddətini uzadıb

Energetika Materials 14 Dekabr 2010 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir А.Axundov/

Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri qarşılıqlı elektrik enerjisi ticarəti haqqında sazişin müddətinin uzadılması haqqında protokol imzalayıblar. Bu barədə Türkiyənin Energetika Nazirliyindən məlumat verilib.

Yeni protokol 2005-ci ildən fəaliyyət göstərən köhnə sazişin fəaliyyət müddətinin başa çatması ilə əlaqədar olaraq imzalanıb.

Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr üzrə əməkdaşlığın gələcəkdə genişləndirilməsinin vacibliyini vurğulayan Taner Yıldız deyib ki, bu saziş qış mövsümündə Türkiyənin köməyi ilə Gürcüstanın elektrik tələbatını təmin etmək, digər mövsümlərdə isə Gürcüstanın köməyi ilə Türkiyənin tələbatlarını ödəməyə imkan verir.

Xetaquri energetika sahəsində iki ölkənin uğurlu əməkdaşlığının nümunəsi kimi BTC və BTƏ-ni vurğulayıb və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti