Azərbaycan, Bakı, 24 dekabr /Trend/
İstehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) tərkibinə daxil olan bütün regional elektrik şəbəkələri dekabrın 27-dən gücləndirilmiş iş rejiminə keçəcəklər. Bu barədə SC-nin cümə günü yaydığı məlumatda deyilir.
SC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.
Məlumatda deyildiyi kimi, bayram günündə (dekabrın 31-də) elektrik enerjisinə tələbatın artmasına baxmayaraq, elektrik enerjisinin verilişində heç bir problem gözlənilmir. Bununla əlaqədar müvafiq tədbirlər planı hazırlanıb və həyata keçirilib.
"Bayram günlərində enerji təchizatında hansısa problem və məhdudiyyət olmayacaq", - məlumatda deyilir.
SC həmçinin, problemin yarandığı halda istehlakçılardan "qaynar xətt"ə - 186 nömrəsinə zəng vurmalarını xahiş edir. Yaradılan operativ qrupun mütəxəssisləri dərhal nazaslığı aradan qaldıracaqlar.