...

ARDNŞ Xəzərdə quyuların konservasiyasını həyata keçirəcək

Energetika Materials 10 Yanvar 2011 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu yaxınlarda açılan Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağında ilk kəşfiyyat quyusunun konservasiyasını həyata keçirəcək. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, yeni quyunun mənimsənilməsi iki il ərzində həyata keçiriləcək.

"Quyunun mənimsənilməsi iki il ərzində həyata keçiriləcək, hazırda isə onun konservasiya prosesi aparılır", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, ikinci kəşfiyyat quyusunun qazılmasına bir aydan sonra başlana bilər.

İkinci kəşfiyyat quyusunun qazılması zamanı yatağın birinci kəşfiyyat qazması gedişində aşkara çıxan bütün xüsusiyyətləri nəzərə alınacaq.

ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, yataqdakı ehtiyatların həcmi 250 milyard kubmetr qaz və 40 ton kondensat təşkil edir.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha da təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti