...

LTC müqavilələri Aİ-yə Azərbaycan qazını almağa kömək edəcək

Energetika Materials 13 Yanvar 2011 13:52 (UTC +04:00)
Azərbaycandan qaz almaq üçün Avropa İttifaqının ölkəni yanacaq alınması üzrə uzunmüddətli müqavilələrlə (LTC) təmin etməsi vacibdir. Avropanın "Eurasia Energy Observer" İnternet-jurnalının baş redaktoru Andrey Tibold belə hesab edir. Onun sözlərinə görə, Azərbaycan üçün kimə qaz satmaq barədə qərar ilk növbədə, kommersiya qərarıdır.
LTC müqavilələri Aİ-yə Azərbaycan qazını almağa kömək edəcək

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir A.Bədəlova/

Azərbaycandan qaz almaq üçün Avropa İttifaqının ölkəni yanacaq alınması üzrə uzunmüddətli müqavilələrlə (LTC) təmin etməsi vacibdir. Avropanın "Eurasia Energy Observer" İnternet-jurnalının baş redaktoru Andrey Tibold belə hesab edir. Onun sözlərinə görə, Azərbaycan üçün kimə qaz satmaq barədə qərar ilk növbədə, kommersiya qərarıdır.

"Ona görə də belə bir sual yaranır ki, Aİ bazarı Azərbaycana sərfəli qiymət təklif edə biləcəkmi və uzunmüddətli alışa zəmanət verəcək müqavilərlə təmin edə biləcəkmi?", -Tibold elektron poçtla Trend-ə bildirib.

Onun sözlərinə görə, son illər Avropanın iri qaz alıcıları bəzi kommersiya və siyasi məsələlər üzündən LTC müqavilələrini imzalamağa həvəs göstərmirlər.

Buna baxmayaraq, LTC müqavilələri "Nabukko" kimi layihələrin reallaşdırılması üçün vacibdir, çünki onlar uzunmüddətli perspektivdə boru kəmərinin kommersiya baxımdan yaşamaq qabiliyyətliliyinə zəmanət verəcəklər. Aİ belə müqavilələr olmadan layihənin maddi stimullarla təmin olunması ilə yanaşı Azərbaycanı "Cənub dəhlizi" çərçivəsində qaz tədarükü məsələsində inandırmaq üçün yalnız siyasi vasitələrdn istifadəyə cəhd edə bilər, Tibold hesab edir.

"Cənub dəhlizi" konsepsiyası enerjidaşıyıcıları marşrut və mənbələrinin şaxələndirilməsini və bununla da Aİ-nin enerji təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. "Cənub dəhlizi" çərçivəsində Aİ üçün prioritet layihələrdən biri Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qaz tədarükünü nəzərdə tutan "Nabukko" qaz kəməri layihəsidir.

"Cənub dəhlizi" layihəsinin, eləcə də "Nabukko" layihəsinin müzakirə edilməsi məqsədilə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu və energetika üzrə komissar Günter Ettinger bu həftə Azərbaycana və Türkmənistana səfər edəcəklər. Hər iki ölkəyə İraqla birgə "Nabukko" layihəsi üçün qaz tədarükçüsü qismində baxılır.

Tibold hesab edir ki, Aİ-nin əsas məqsədi "Nabukko" layihəsi də daxil olmaqla "Cənub dəhlizi" layihəsinə lobbiçilik etməkdir. Onun sözlərinə görə, buna baxmayaraq Azərbaycan və Türkmənistanı layihənin reallaşdırılacağına inandırmaq üçün onların layihə çərçivəsində qaz tədarükçüsü kimi çıxış edəcəklərinə zəmanət vermək lazımdır.

Tiboldun sözlərinə görə, türkmən qazının alınmasında Çin və Rusiyaya ciddi rəqib olmaq üçün Avropa İttifaqına "eyni vaxtda danışmaq və hərəkət etmək lazımdır".

Aİ-nin türkmən qazını alacaq "Caspian Development Corporation"i yaratmaqda planları getdikcə daha dəqiq şəkil alır.

"Ola bilsin ki, Barrozu Türkmənistanı inandırmağa çalışsın ki, Aİ həqiqətən bu koprorasiyanın köməyilə türkmən qazını ala biləcək. ,Şübhəsiz ki, Barrozu Türkmənistanda siyasi islahatların aparılmasının vacibliyini bəyan edəcək", -Tibold hesab edir.

Bu gün türkmən qazının effektiv marşrutlarla Avropaya ixracı üçün zəruri infrastruktur yoxdur. Bu məsələnin həllərindən biri Transxəzər qaz kəməri ola bilər. Tiboldun fikrincə, Aİ-nin yüksəkvəzifəli şəxslərinin Azərbaycan və Türkmənistana səfərləri zamanı bu məsələyə də toxunulacaq.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər qaz kəmərinin Xəzərin Türkmənistan sahillərindən Azərbaycan sahillərinədək uzadılması və burada onun "Nabukko"ya birləşdirilməsi planlaşdırılır. Bu gün onun tikintisi Xəzərin hüquqi statusu məsələsinin həl edilməməsi səbəbindən ləngiyir.

Türkmənistanın mövqeyi ondan ibarətdir ki, Xəzərin dibi ilə boru kəmərləri layihələrinin həyata keçirilməsi üçün onların çəkiləcəyi dəniz dibi sahələrinin məxsus olduğu ölkələrin (yəni Azərbaycan və Türkmənistanın) razılığının olmasını tələb edir.

Tibold hesab edir ki, bununla yanaşı, digər sahilyanı ölkələr - Rusiya və İranın Transxəzər qaz kəmərinin çəkilişinə mane ola biləcək səmərəli yollar axtarmayacaqlarına inanmaq çətindir.

Bununla yanaşı, Tiboldun fikrincə, bu yaxınlarda Türkmənistan Prezidentinin türkmən qazının Avropa bazarlarına maye şəklində ixracı haqqında təklifinə ölkənin yaxın gələcəkdə Transxəzər qaz kəmərinin həyat qabiliyyətliliyinə əmin olmaması kimi baxmaq olar.

Ötən ilin yayında İtaliyanın "Eni" şirkəti ARDNŞ-ə Türkmənistandan 6-8 milyard kubmetrlik maye qazın Xəzər dənizi vasitəsilə gəmilərlə nəqlində iştirak etməyi təklif edib.

İlkin olaraq tərəflər işçi qrup tərkibində ARDNŞ və "Eni" şirkətinin bu layihə çərçivəsində bütün məsələləri, o cümlədən texniki, hüquqi və kommersiya məsələlərinin öyrənmək barədə qərar qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti