...

BP və tərəfdaşlar Azərbaycanda yeni sosial layihələr həyata keçirməyə başlayıblar

Energetika Materials 13 Yanvar 2011 18:15 (UTC +04:00)
BP və tərəfdaşlar cəmiyyətlərin inkişafı üzrə üç yeni layihənin həyata keçirilməsinə başlayıb.
BP və tərəfdaşlar Azərbaycanda yeni sosial layihələr həyata keçirməyə başlayıblar

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

BP və tərəfdaşlar cəmiyyətlərin inkişafı üzrə üç yeni layihənin həyata keçirilməsinə başlayıb. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Bu dəstək Azərbaycan "Azəri-Çıraq-Günəşli""Şahdəniz" yataqlarının, eləcə də Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işlənməsinin iştirakçıları tərəfindən bacarıq və biliklərin formalaşdırılması üzrə proqramların gücləndirilməsi vasitəsilə təşkil edilən layihələr çərçivəsində göstərilir.

Birinci layihə iqtisadi sahədə gənclər üçün bacarıqların formalaşdırılmasıdır. O, BTC və Cənubi Qafqaz qaz kəmərinin keçdiyi (Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa) Azərbaycanın beş qərb rayonunda yerləşən 30 cəmiyyəti, eləcə də Azərbaycanın Qaradağ rayonundakı (Ümid, Sahil və Səngəçal) üç cəmiyyəti əhatə edəcək.

Bu layihəyə BP və tərəfdaşlar 500 min dollar ayıracaq. Layihənin həyata keçirilməsi üçün yerli qeyri-hökumət təşkilatı "Ümid"ə də əlavə olaraq 133,5 min dollar ayrılacaq. Onun həyata keçirilməsi 2011-ci ilin noyabrında başlayacaq və 2012-ci ilin aprelində başa çatacaq.

İkinci layihə uşaqlı ailələrə keyfiyyətcə yaxşılaşdırılmış və innovasiyalı məktəbəqədər proqramlardan istifadə etmək üçün şəraitin yaradılması yolu ilə yardımın göstərilməsidir. Layihə Şəmkir, Tovuz və Samux rayonunun beş cəmiyyətini əhatə edəcək. O, innovasiya tədris məktəbi tərəfindən həyata keçirilir. Dəyəri 101,5 min dollar olan layihənin həyata keçirilməsi cari ilin noyabrında başlayacaq və 12 ay davam edəcək.

Üçüncü layihə Gənc Peşə Tədris Mərkəzi nəzdində gənclər üçün sahibkarlıq mərkəzinin yaradılmasıdır. O, Azərbaycanın Goranboy, Yevlax, Şəmkir, Ağstafa, Samux və Tovuz rayonlarını əhatə edəcək. Dəyəri 99 min dollar olan layihə 2011-ci ilin noyabrında həyata keçirilməyə başlayacaq və 2012-ci ilin mayınadək davam edəcək. Layihə Azərbaycan cəmiyyətlərinin inkişafı üzrə Tədqiqat, təlim və resurslar mərkəzi tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti