...

2010-cu ildə Azərbaycanda azot istehsalı artıb

Energetika Materials 21 Yanvar 2011 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

2010-cu ildə "Azərikimya" İstehsalat Birliyi 13,9 milyon kubmetr azot istehsal edib ki, bu da 2009-cu illə müqayisədə altı faiz çoxdur. Bu barədə cümə günü Azərbaycan Dövlət Statistika Komitəsindən deyilib.

Dövlət Komitəsindən verilən məlumata görə, 2010-cu ildə İB tərəfindən istehsal olunan kimyəvi məhsulların demək olar, bütün növlərinin istehsalında artım müşahidə olunub. Azalma yalnız kükürd turşusu və propilen istehsalında müşahidə olunub.

2010-cu il üzrə aparıcı kimyəvi məhsulların istehsal cədvəli:

Məhsul

2010-cu il

2009-cu illə müqayisədə (faizlə)

Azot (mln. kubm.)

13,9

106

Polietilen (min ton)

52,8

126,5

Propilen (min.ton)

19,5

87,8

İzopropil spirti (min ton)

10,5

105,7

Lak-boya məmulatları (ton)

3996,4

144,7

Kükürd turşusu (min ton)

9,3

75

2010-cu ildə ölkədə 566 tondan çox polietilen boru, lülə, şlanq istehsal edilib. Bu isə ötən il qeydə alınan göstəricidən 2,2 faiz çoxdur. Respublikada 202 ton məsaməli poliuretan plastin və lent istehsal olunub ki, bu da ötən ilin göstəricisindən 49 faiz azdır.

Xəbər lenti

Xəbər lenti