...

ARDNŞ etilen və polietilen istehsalı üzrə kompleksin istehsal gücünün artırılmasına hazırlaşır

Energetika Materials 11 Fevral 2011 20:51 (UTC +04:00)
ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində fəaliyyət göstərən mövcud istehsalat sahələrinin genişləndirilməsi və yenidən qurulmasına, məhsuldarlığın artırılmasına, texniki-iqtisadi göstəricilərin yüksəldilməsinə yönəlmiş tədbirlər çərçivəsində etilen-polietilen zavodunun “EP-300” kompleksinin istehsal gücünün artırılması ilə bağlı ilkin hazırlıq işlərinə başlanılıb. Trend-in məlumatına görə, ARDNŞ-in cümü günü yaydığı məlumatda deyilir.
ARDNŞ etilen və polietilen istehsalı üzrə kompleksin istehsal gücünün artırılmasına hazırlaşır

Azərbaycan, Bakı, 11 fevral/Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində fəaliyyət göstərən mövcud istehsalat sahələrinin genişləndirilməsi və yenidən qurulmasına, məhsuldarlığın artırılmasına, texniki-iqtisadi göstəricilərin yüksəldilməsinə yönəlmiş tədbirlər çərçivəsində etilen-polietilen zavodunun "EP-300" kompleksinin istehsal gücünün artırılması ilə bağlı ilkin hazırlıq işlərinə başlanılıb. Trend-in məlumatına görə, ARDNŞ-in cümü günü yaydığı məlumatda deyilir.

Bu məqsədlə Rusiyanın neft-kimya müəssisələri və qurğularının layihələndirilməsi üzrə ixtisaslaşmış elmi-tədqiqat institutlarının mütəxəssisləri ilə məsləhətləşmələr aparılır. "VNİİOS" (Moskva) və "Başqiproneftexim" (Ufa) institutlarının nümayəndələri dəvət olunmuş, onlarla ARDNŞ-də və "Azərikimya" İB-də görüşlər keçirilib.

Müzakirələr zamanı yaxın dövrdə aparılması nəzərdə tutulan rekonstruksiya işlərinin əhatə edəcəyi sahələrin aydınlaşdırılması məqsədi ilə müəyyən müddət ərzində İB-nin mütəxəssisləri ilə birlikdə kompleksin avadanlıqlarının istismar vəziyyətinin, faktiki məhsuldarlığının, digər texniki və istehsalat göstəricilərinin dəqiqləşdirilməsi üçün tədqiqatlar aparılması qərara alınıb. Bütün məlumatlar toplanıldıqdan və araşdırıldıqdan sonra müvafiq texniki əsaslandırma hesabatı hazırlanacaq və həmin yekun hesabat əsasında kompleksin yenidən qurulması və potensial imkanlarının artırılması perspektivləri müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti