...

Kulevi neft terminalı limanın dibinin vəziyyətinə nəzarətin gücləndirilməsi üçün iş aparır

Energetika Materials 14 Fevral 2011 11:56 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalının mühəndis komandası Ukraynada keçirilən "Hypack" şirkətinin təlimlərində iştirak edib. Trend-in məlumatına görə, bu barədə terminalın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.
Kulevi neft terminalı limanın dibinin vəziyyətinə nəzarətin gücləndirilməsi üçün iş aparır

Azərbaycan, Bakı, 14 fevral /Trend /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalının mühəndis komandası Ukraynada keçirilən "Hypack" şirkətinin təlimlərində iştirak edib. Trend-in məlumatına görə, bu barədə terminalın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, üçgünlük təlim seminarı birşüalı və çoxşüalı hidroqrafik çəkilişlərin bütün aspektlərini, eləcə də dəniz dibinin dərinləşdirilməsinin və dəniz hidroqrafik xəritələrin tərtibinin idarə olunmasını əhatə edib.

Ötən il korporasiya "Hypack""Hysweep" proqram təminatı üzrə giriş kursu keçirib. Bu proqramların köməyilə mühəndislər GPS (qlobal naviqasiya sistemi), exolot və digərləri kimi müxtəlif qurğulardan alınan informasiyanı işləyib hazırlayırlar. Bu, terminala Kulevi limanı akvatoriyasının və giriş kanalının dibinin vəziyyəti barədə dəqiq məlumat əldə etməyə imkan verir.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Xəbər lenti

Xəbər lenti